2 min qadın Quranı yandıranı müdafiə etdi (FOTO)

Əfqanıstanda Quranı yandırmaqda ittiham edilərək dəhşətli şəkildə öldürülən qadının müdafiəsinə qalxıblar.

ANS PRESS-in məlumatına görə, etiraz aksiyaları paytaxt Kabildə iki min qadının iştirakı ilə baş tutub.

Xüsusilə bu məsələdə polis orqanlarının laqeyd mövqe göstərməsi etirazçıların əsas şikayət səbəblərindən biri olub. Çünki 28 yaşlı Fərhundənin Quranı yandırmasına görə yandırılaraq öldülməsinə polisin qarışmadığı deyilir. Bu isə ölkədə bir sıra şəxslərin qınağına səbəb olub. Nəticədə DİN əməkdaşları və bəzi polislər vəzifələrindən uzaqlaşdırılıb.

Etiraz nümayişlərində qadın haqları müdafiə təşkilatılarının üzvləri ilə yanaşı, Əfqanıstan Qadınlar Şurasının sədri Fatana Qaylani də iştirak edib.

Qeyd edək ki, ötən həftə “Qurani-Kərim”lə xoşagəlməz rəftar etdiyi iddiası ilə Fərhundə adlı qadın yerli sakinlər tərəfindən döyülərək öldürülüb, daha sonra isə cəsədi yandırılıb.

…read more

From:: ANS