Ölən sərnişinlərin 39-ü türk çıxdı

Fransanın cənubunda qəzaya düşən təyyarədə sərnişinlərin 39 nəfərinin türk olduğu iddia olunur.

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsindəki sərnişinlərdən 39 nəfəri türk soyadlı olub.

Hələlik isə həmin sərnişinlərin vətəndaşlığı və şəxsiyyətləri barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Barselonadan havaya qalxaraq Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edən, göyərtisində 142 sərnişinin və altı ekipaj üzvünün olduğu Almaniyanın “Germanwings” hava yolları şirkətinə məxsus Airbus A320 sərnişin təyyarəsi Fransa ərazisində qəzaya uğrayıb.

Hazırda xilasedicilər hadisə yerində çalışır. …read more

From:: ANS