Konoplyanka Kasilyasa qol vursa…

AÇ-2016-nın seçmə mərləsində ən maraqlı oyunlarından biri də C qrupunda keçiriləcək.

ANS PRESS-in məlumatına görə, martın 27-də İspaniya yığması doğma meydanda Ukrayna millisini qəbul edəcək. Hazırda 4 oyundan hərəyə 9 xal toplayan komandalar qrupda 2-ci və 3-cü yerləri bölüşürlər. Bu oyunun favoriti ispanlar sayılsa da, Ukrayna millisinin aparıcı üzvlərindən biri olan Yevgeni Konoplyanka səfərdə sürpriz edəcəklərini deyib:

“Milli komandanın oyun günü mənim üçün bayramdır. İspaniya millisi ilə qarşılaşmanı səbirsizliklə gözləyirəm. Rəqibin gücündən asılı olmayaraq, səfərdən qələbəylə dönmək istəyirik. Əgər İker Kasilyasa qol vursam, onda kameralar qarşısında göz vuracağam. İstərdim ki, mənim vurduğum qol da Ukraynaya qələbə gətirsin”. …read more

From:: ANS