ATƏT-in Minsk qrupu: 23 illik fəaliyyətsizlik

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov qurumun ötən illərdəki uğursuz fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox müzakirə obyektinə çevrildi. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunduqdan sonra münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. Qərarda göstərilirdi ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.

Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona dəfələrlə səfərlər ediblər. Amma bu səfərlərin heç birinin nəticəsi olmayıb. Minsk Qrupunun fəaliyyətsizliyi göz qarşısındadır. Hesabat xarakterli səfərlər və mücərrəd ifadəli bəyanatlar 23 illik Minsk qrupunun fəaliyyətsizliyindən xəbər verir.

1992-ci ildən – 2015-ci ilə qədər, yəni 23 il ərzində ATƏT-in Minsk qrupuna 6 ölkədən ümumilikdə 28 nəfər həmsədrlik edib: İtaliya – 1 nəfər; İsveç – 1 nəfər; Finlandiya – 1 nəfər; ABŞ – 10 nəfər; Fransa – 8 nəfər; Rusiya – 7 nəfər.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salıb qeyd edə bilərik ki, 1992-ci ildən beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən yeni formada da addımlar atılıb. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılmasıdır. Həmin vaxtdan indiyə qədər prezidentlərin Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Ki-Uestdə, Sədərəkdə (Naxçıvan Muxtar Respublikası ), Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə, Münhendə, Həştərxanda, Vyanada, Soçidə, Parisdə 50-yə qədər görüşü …read more

From:: ANS