UEFA-nın yeni prezidenti seçildi

Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın XXXIX konqresi keçirilib.

ANS PRESS-in məlumatına görə, Konqresdə qurumun prezident seçkiləri keçirilib.

Hazırda quruma rəhbərlik edən Mişel Platini postunda qalıb. Əfsanəvi fransalı futbolçu bu gün növbəti dəfə UEFA prezidenti seçilib.

UEFA-nın Konqresində keçirilən seçki zamanı Platini prezidentliyə yeganə namizəd olub və 3-cü dəfə bu postu tutmağa layiq görülüb. 60 yaşlı Platini qarşıdakı 4 ildə də Avropanı birləşdirən quruma rəhbərlik edəcək.

Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA-ya başçılıq edir. …read more

From:: ANS