Erməni general: “Biz bunu edə bilmərik”

Erməni general Seyran Saroyan Rusiyanın Azərbaycana silah satmasından danışıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, general mətbuat konfransı keçirərək bəzi məsələlərə toxunub.

“Bu bir biznes məsələsidir. Biz Rusiyadan kimə silah satması ilə bağlı hesabat tələb edə bilmərik. İndi nə deyirsiz Rusiya ilə də münasibətlərimizi korlayaq? Yaxşı bəs bundan sonra nə olacaq?” Jurnalistlər isə bundan sonra generala “Bəlkə ömrümüzdə bircə dəfə də olsa Rusiya ilə sərt dildə danışaq” sualını veriblər.

Saroyanın cavabı isə daha çox maraq doğurur: “Ermənistanın Rusiya ilə sərt danışması ona bərəbərdir ki, sən indi mənimlə sərt danışasan. Sən bunu edə bilərsən? Əlbəttə ki yox. Biz də edə bilmərik”. …read more

From:: ANS