Qorxmuş erməni sərsəmləməsi

Azərbaycan müdafiə nazir Zakir Həsənovun ötən gün səsləndirdiyi bəyanat onsuz da qorxudan tir-tir əsən ermənilər arasında panikanı bir qədər də artırıb. İş o yerə çatıb ki, Dağlıq Qarabağı işğal altında saxlayan separatçılar cəsarətli görünmək üçün misilsiz səviyyədə fantastik bəyanatlar verməyə başlayıblar.

ANS PRESS-in məlumatına görə, belə bəyanatlardan biri separatçı Qarabağ rejiminin üzvlərindən biri, “Voskanapat” analitik mərkəzinin rəhbəri Levon Melik-Şahnazaryandan gəlib.

Müdafiə nazirimizin “Ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər” ifadəsi o qədər sarsıdıcı olub ki, Məlik-Şahnazaryan sərsəmliyinə görə görünməmiş fikir səsləndirib. Erməni separatçı Dağlıq Qarabağa yerləşdirilmiş erməni silahlı birləşmələrini dünyanın ən güclü iki ordusu-ABŞ və Rusiya ilə müqayisə edib. Erməni baron Münhauzen hətta bir qədər də irəli gedərək ermənilərin ABŞ ordusu ilə döyüşəcəyi təqdirdə düşmənə başağrısı ola biləcəyini də deyib. Nə demək olar… Erməni separatçıların reallığı görməyərək, fantastik bəyanatlar səsləndirməsi pik həddə çatıb.

Müdafiə nazirimizin erməniləri vahiməyə salan bəyanatını buradan oxumaq olar Müdafiə naziri: Məqam yetişib (FOTO, VİDEO) …read more

From:: ANS