ABŞ-dan İsrailə zərbə

Amerika Birləşmiş Ştatları nümayəndəsi çıxışında İsrailin narazılığına səbəb ola biləcək sözlər söyləyib.

ANS PRESS-in məlumatına görə, Ağ Ev aparatının rəhbəri Denis Makdono İsrail-Fələstin məsələsinin həllindən danışarkən iki dövlətin sərhədlərinin 1967-ci ilə qədərki vəziyyətə uyğun müəyyən edilməsinin vacibliyini bildirib.

“Təxminən 50 ildir davam edən işğal sona çatmalıdır. Fələstinlilər müstəqil bir ölkədə yaşamaq, özlərini idarə etmək haqqına sahib olmalıdır”, – deyə Ağ Ev rəsmisi İsrailə xoş olmayan sözlər işlədib.

O, bu fikirləri iki ölkə arasında sülhü dəstəkləyən yəhudi lobbisi qurumu olan “Cey Srtit”in təşkil etdiyi konfransda səsləndirib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama özünün xarici siyasət məsələləri üzrə köməkçisi işləyən Denis Makdonounu iki il əvvəl Ağ Ev aparatının rəhbəri təyin edib. …read more

From:: ANS