Sarayda 6 otaqlı ev yandı

Abşeron rayonu ərazisində ötən gün gecə saatlarında yanğın qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun aray qəsəbəsində vətandaşa məxsus tikintisi başa çatmayan evdə yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən 1 otağın yanar konstruksiyaları 16 kv.m sahədə, 2-ci mərtəbədə 1 otağın döşəməsi 30 kv.m sahədə və dam örtüyü 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. …read more

From:: ANS