Günün bürcü: gərginliklər ola bilər

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Haumea və Sereranın münasibətləri əhvalla planları dəyişəcək. Xatirələrə dalaraq yarımçıq qalan işi, deyilməmiş sözləri yada salmaq vaxtıdır. Qətiyyət və inadınız sədləri aşmağınıza yardım edəcək.

Qüvvə və imkanları xırdalıqlara xərcləməyin, konkret məqsədlərə qulluq edin.
Köhnə ideyalar, dünyagörüş və mövqelər qayıda bilər.

Bu gün müqavilə, öhdəlik, anlaşma və sövdələşmələr tez nəticə olmasa da, uzunmüddətli əməkdaşlıq vəd edir.

Buğa – Mimas və Qanimedin münasibətləri gərginliklə nigaranlıq səviyyəsini artırır. Fiziki işdə fayda var. Ətalət, tənbəllik, laqeydlikdən uzaq olun.

Bu gün alış-veriş istəyi pulun mənasız xərclənməsinə can atmaq olardı.
Günün ikinci yarısında görüşlər və danışıqlar həzz verəcək.

Enerjiniz az deyil və bu səbəbdən də ideyalarınız üçün yeni məkan yaradın.
Güclü maqnetizm həyatınıza sizi həyəcanlandıra biləcək insanı cəlb edə bilər.
Əsas məsələ önəmli orientirləri itirməməkdir.

Əkizlər – Titaniya və Haronun münasibətləri başlanan işin bitirilməsini tələb edir. Ümumi ab-hava gərgin olacaq. Münaqişələrin başlanması üçün ani qığılcım kifayət edəcək. Yaxın ətrafınızdakı insanların reaksiyaları sərt və aqressivdir.

Hisslər, emosiyalarda qarışıqlıq mühahidə olunur.
Başqaları ilə yanaşı, özünüzü də anlamağa çətinlik çəkirsiniz.

Güclü istək, qətiyyət olarsa, kreativlik arta bilər.
Poçtu yoxlayın, təmas və əlaqələrdə fəallıq göstərin, sizi maraqlandıran məsələlərdə geri çəkilməyin.

Bilik, təcrübə və gəlir əldə etməyə çalışın.
Dəyərləndirmələr aparın, körpülər yaradın, həmfikirlərinizi planlarınızdan hali edin.

Xərçəng – Oberon və Lisiteyanın münasibətləri sizə baş verənlərin mahiyyətini anlamağa imkan verəcək. Hadisələrin bəziləri diqqətinizi yayındırıb mühüm işi bir kənara qoyaraq ikinci dərəcəli işə başlamağınıza səbəb ola bilər.

Fəqət, bu prosesdə yeniliklərlə dəyişikliklərin faydasını hamıdan tez görmək və anlamaq şansınız var. Aktiv olun, problemlər yaranarsa, onları məsələnin mahiyyətindən xəbərdar insanlarla müzakirə edin.

Ehtiyac duyduğunuz nəsnəni bütün vasitələri işə salaraq əldə etməyə can atmayın.
Yeniliklərin bünövrəsi qoyulur.

Şir – Yupiter və Marsın münasibətləri bu günün hadisələrində müəyyən deja-vyu effekti yaradacaq. Təxirə salınmış planlar və reallaşmamış gözləntilərlə bağlı təxirəsalmalar, gərginliklər ola bilər.

Axına düşərək işi şövqlə yerinə yetirsəniz, uğur əldə edəcəksiniz. Əsas hədəfi seçin, maraqlarınıza heç bir dəxli olmayan məsələlərlə bağlı sizi …read more

From:: ANS