Rusiya casusuna 12 il həbs cəzası verildi

Ukrayna hərbi-hava qüvvələrinin zabitinə 12 il həbs cəzası verilib.

ANS PRESS-in məlumatına görə, adı açıqlanmayan zabit Rusiyanın xeyrinə casusluq etməkdə ittiham olunub.

Bu gün keçirilən məhkəmə zabiti dovlətə xəyanət və casusluqda təqsirli bilib.

Həmin zabitin 2014-cü ilin sentyabr ayında Rusiya kəşfiyyatına məlumat ötürməyə cəhd edərkən həbs edilib.

İstintaq onun Ukrayna hərbi-hava qüvvələrinin fəaliyyəti ilə bağlı məlumatlar toplayaraq Rusiyaya ötürdüyünü sübut edib.

Qeyd edək ki, Ukrayna ordusunun separatçılarla döyüşdə uğursuzluqla üzləşməsinin səbəbləri arasında Ukraynanın yüksək çinli zabitlərinin bir qisminin Rusiyaya işləməsi göstərilirdi. …read more

From:: ANS