Yanukoviçin oğlunun qəbri (FOTO)

Sosial şəbəkələrdə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Viktor Yanukoviçin qəbrinin şəkilləri yayılıb.

ANS PRESS-in məlumatına görə, sabiq deputatın dəfn mərasiminə böyük məbləğdə pul xərcləndiyi iddia olunur.

Lakin buna baxmayaraq Yanukoviçin qəbrinə qoyulan xaçda şəkil yoxdur. Həmçinin xaça onun soyadı və ölüm tarixi ilə bağlı heç nə qeyd olunmayıb.

Maraqlıdır ki, qəbirə qoyulan çələnglərin üstündə də heç bir informasiya yoxdur. Güllərin arasında yerləşdirilmiş lentlərdə belə adlara rast gəlinmir.

Qeyd edək ki, kiçik Yanukoviç Sevastopolda hərbi qəbiristanlıqda dəfn edilib.

…read more

From:: ANS