Bakıda avtomobil yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus “UAZ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, martın 23-də Suraxanı rayonu vətəndaşa məxsuz “MERCEDES” markalı minik avtomobilin salon hissəsində sağ ön oturacaq yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. …read more

From:: ANS