Azərbaycanlı müğənninin meyiti tapılıb

Parkda qadın müğənninin meyiti tapılıb.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, Əli Kərim parkında gəzən sakinlərdən biri Göyçay Rayon Polis Şöbəsinə zəng edərək oturacaqda bir qadın meyitinin olduğu barədə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib, parkda dünyasını dəyişən şəxsin şəhər sakini, 1955-ci il təvəllüdlü Nəcəfova Bənövşə Seyfulla qızı olduğunu müəyyən ediblər.

Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib. Ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Məlumata görə, əvvəllər rayonda toy məclislərində müğənnilik edən Bənövşə Nəcəfovanın sonradan psixoloji problemləri yaranıb, o, evini sataraq, tüfeyli həyat sürüb, gecələr parklarda yatırmış. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. …read more

From:: ANS