Odessanı da partlatdılar

Ukraynanın liman şəhəri olan Odessadakı yaşayış evlərindən birinin yaxınlığında partlayış törədilib.

ANS PRESS-in məlumatına görə, polis hadisənin ötən gün baş verdiyini və bunun əldədüzəltmə bomba ilə baş verdiyini açıqlayıb.

Partlayış nəticəsində xəsarət alan olmasa da, binanın birinci mərtəbəsində yerləşən bəzi təşkilatların, o cümlədən imkansız şəxslərə yardım göstərməklə məşğul olan “Padaigma 12” təşkilatının ofisinə ziyan dəyib. Həmçinin, bu təşkilat son aylarda Ukraynanın şərqində gedən döyüşlərdə yaralanan əsgərlərə kömək göstərir.

Xatırladaq ki, oxşar partlayış bundan əvvəl də Xarkov şəhərində qeydə alınıb. Ukrayna hakimiyyəti bu partlayışlar arasında əlqanin olduğu qənaətindədir. Odessa və Xarkov Ukrayna hakimiyyətin nəzarəti altındadır. …read more

From:: ANS