Lənkəranda iki mikroavtobus toqquşdu

Lənkəranda sərnişin daşıyan iki mikroavtobusun toqquşması ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ağır yol-qəza hadisəsi bügün saat 12:00 radələrində Lənkəran-Boradigah yolunun rayonun Veravul kəndi ərazisindən keçən hissəsində baş verib. Lənkəran şəhər sakini Kazım Əzizovun idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusu Tükəvilə marşrutu üzrə hərəkətdə olarkən Samir Abdullayevin idarə etdiyi, Masallı rayonunun Boradigah qəsəbəsi marşrutu ilə hərəkət edən “Mercedes” markalı sərnişin mikroavtobusu arxadan çırpılıb.

Güclü zərbədən mikroavtobus yoldan çıxaraq aşıb. Zərbə nəticəsində 20 sərnişin xəsarət alıb. Onlardan xəsarətləri daha ağır olan 8-i xəstəxanaya yerləşdirilib. 80 yaşlı İsrafil Quluzadə, 54 yaşlı Məmləkət Rzazadə, 42 yaşlı Əfləddin Məlikov, 62 yaşlı Asya Cahangirova, 48 yaşlı Elza Məhərrəmova, 52 yaşlı Həqiqət Əhədova, 21 yaşlı Ramin Quluzadə və 50 yaşlı Cəmalə Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan sərnişinlərin hamısı zərbə nəticəsində aşan mikroavtobusda olub.

Qəzaya səbəb kimi Boradigah istiqamətində hərəkət edən mikroavtobusun ötmə əməliyyatını düzgün yerinə yetirməyərək arxadan digər avtobusa çırpılması göstərilir.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırmalara başlanıb. …read more

From:: ANS