Xalq artistinin yubileyi keçiriləcək

Bu il iyulun 28-də görkəmli bəstəkar, xalq artisti, dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 11 fevral tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirlər planına əsasən, il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında görkəmli bəstəkarın 80 illiyinə həsr olunan konsert və tədbirlərin, “dəyirmi masa”ların keçirilməsi, tamaşaların göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bəstəkarın muğam xəzinəsi ilə səciyyələnən yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Böyük musiqiçilər nəslinin layiqli davamçısı Vasif Adıgözəlov müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini duyub. Müxtəlif illərdə bəstələdiyi opera, simfoniya, simfonik poema, fortepiano, skripka, violençel üçün konsertləri, oratoriya və musiqili komediyaları Vasif Adıgözəlova böyük şöhrət gətirib. Onun yaradıcılığı irihəcmli əsərlərlə yanaşı, populyar mahnı janrının gözəl nümunələri ilə də zəngindir. …read more

From:: ANS