Türklər nə seçəcəklərini bilmirlər (VİDEO)

Türkiyənin özəl tele kanallarından birində nümayiş olunan “Milyonçu şou”da (Kim milyoner olmak ister) qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, yarış iştirakçısı və auditoriyanın 55 faizi sadə bir suala düzgün cavab verə bilməyiblər.

Şounun iştirakçısı olan Marmara universiteti Beynəlxalq Ticarət və Avropa Birliyi kafedrasının tələbəsi 21 yaşlı Aslı Turanlıya, Türkiyədə 7 iyunda seçicinin nəyi seçəcəyinə dair sual verilib.

“Baş nazir, millət vəkilləri, bələdiyyə sədrləri, nazirlər” variantlarının arasında sualın cavabını bilməyən Turanlı düzgün cavab üçün auditoriyaya müraciət edib.

Auditoriyanın isə sadəcə 45 faizi millət vəkilləri deyərək suala doğru cavab veriblər. Tamaşaçıların 30 faizi baş nazir, 18 faizi bələdiyyə sədri, 7 faizi isə nazirlər cavabını verib.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək. Ölkə prezidenti seçkinin qalibi olmuş siyasi partiyanın sədrinə hökuməti qurmaq vəzifəsini verəcək. Nazirləri isə qalib partiyanın sədri olan baş nazir təyin edəcək.

…read more

From:: ANS