Hamiləlik çəkilərinə meydan oxuyan məşhurlar (FOTO)

Hamiləlik qadın həyatının ən gözəl dövrüdür. Lakin bədən formasındakı dəyişikliklər bəzi qadınları bu gözəl dövrdən məhrum olmasına səbəb olur. Xüsusilə tanınmış qadınlar. Amma bəziləri sübut edir ki, hamiləlik gözəl bədən quruluşuna sahib olmaq üçün maneə deyil.
ANS PRESS hamiləliyin heç nəyə mane olmadığını sübut edən ən gözəl hamilələri təqdim edir:

Ceniffer Lopez- əkiz uşaq dünyaya gətirən ulduz müğənni ideal bədən quruluşuna qovuşmaq üçün elə də çox zaman ehtiyac duymayıb. Yaşı 40-ı keçən ulduz ayar sonra cazibədar səhnə geyimlərini yenidən rahatlıqla geyinə bilib.

Viktoriya Behkem – modelyer, müğənni, stilist, qəhrəman ana. Dörd uşaq dünyaya gətirən Bekhem bu gün ən gözəl modellərə belə meydan oxuya bilir. Onun əsas sirri isə idman və gündə 5 dəfə, lakin çox az yeməkdir.

Cesikka Simpson – İkinci hamiləlik aktrisaya əlavə 30 kq gətirdi. Bu artıq çəki olmadan belə o arıq deyildi. Amma təmbəlliyin daşını atan ulduz çox keçmədən nəinki əvvəlki kimi, hətta daha cazibədar formasına qovuşdu.

Keyt Uinslet – 2013-cü ilin avqustda oğlunu dünyaya gətirən kimi işə başladı və nəticə göz qabağındadır. Üç aydan sonra o qırmızı xalıda göz qamaşdırmağa davam etdi.

Beyons – 25 kq və qızına qovuşan müğənni artıq çəkisinə baxmayaraq ictimaiyyət arasına çıxıb. O, heç vaxt artıq çəkisinə görə utanmadığını deyib. Lakin bu ona doğuşdan aylar sonra ideal formaya qovuşmağa mane olmayıb.

Keyt Hadson – aktrisa hamiləliklə birlikdə yığdığı 35 kq çəkini çətin olsa da ata bilib. Təcrübəli aktrisa ikinci hamiləliyini isə cəmi 6 kq artıq çəki ilə başa vura bilib.

Skarlet Yohanson – 29 yaşlı aktrisa artıq çəkilərini atmaq üçün aylar yox, doğuşdan bir neçə həftə sonra işə başlayıb. Nəticə isə göz qabağındadır.

Mila Kunis – İlk qızını dünyaya gətirəndən iki ay sonra onu görənlər gözlərinə inanmayıb. Aktrisa artıq çəkidən azad olaraq qırmızı xalıda parlayıb.
…read more

From:: ANS