Bakı-Tiblisi-Qars xəttində son vəziyyət

Bakı-Tiblisi-Qars (BTK) dəmiryolu xətti layihəsində son mərhələyə gəlinib.

ANS PRESS-in məlumatına görə, təməli 24 İyul 2008-ci ildə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə atılan dəmiryolu xətti layihəsində işlər Qarsdakı əlverişsiz hava şəraitinə baxmayaraq davam edir.

Dəmiryolu xəttində tikinti işlərinin isə 2015-ci ildə tamamlanması planlaşdırılır.

Xəttin fəaliyyətə başlaması ilə ilk etapda bir milyon sərnişin daşınması planlaşdırılır. Eyni zamanda, üç ölkənin istehsal etdiyi məhsulların da bu xətt vasitəsi ilə daşınması nəzərdə tutulub.

Qars valisi Günay Özdemir dəmiryolu xəttindəki son vəziyyətlə maraqlanıb. Ona bildirilib ki, hazırda Türkiyə-Gürcüstan sərhədində gərgin iş prosesi gedir:

“Türkiyə ərazisindəki 79 kilometrlik hissədə çox az bir hissə qalıb. Ümumilikdə 700 milyon dollarlıq layihənin bu ana qədər 83%-i tamamlanıb. Bu da layihənin böyük bir hissəsinin və əsl çətin işlərin tamamlandığına əsas verir”, – deyə vali söyləyib. …read more

From:: ANS