Bakıda mağaza və 3 maşın yandı

Bu gecə Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan ərzaq mağazada yanğın başlayıb. Alov qısa müddətdə genişlənib.

Nəticədə mağazanın içərisinə yığılan mallar tamam kül olub.

Bundan başqa, magazanın yaxınlığında dayanmış ayrı-ayrı vətəndaşlara məxsus “Mercedes” markalı minik avtomobilin 2 sol arxa qapısının üzlüyü, “Changan” markalı minik avtomobilinin mühərrik hissəsi, “Cerry” markalı avtomobilin isə sol arxa qapısının üzlüyu yanıb.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS