Avtobus qəzası: 6 ağır yaralı (FOTO)

Cəlilabad rayonunda 6 nəfərin ağır xəsarət almasına səbəb olan yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayon Alar kəndindən keçən hissəsində baş verib.

Masallı rayon sakini Elvar Qurbanov sükanı arxasında olduğu “Mercedes” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn “Ford” markalı avtobusla toqqusub.

Nəticədə “Mercedes”də 4 nəfər, avtobusda isə iki nəfər ağır yaralanıblar. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətlərilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan Lerik rayon sakini Etibar Qəriblinin vəziyəti ağırdır.

İlkin ehtimala görə, qəza “Ford” maraklı avtomobusun yüksək sürətlə isdarə olunması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS