Necə il yaşayacaqsınız?

“Necə il yaşayacaqsınız?”. Braziliyalı alimlər adi bir testlə necə il yaşaya biləcəyimizi iddia edirlər. İddiaya görə, bu test 6 il içərisində həyatda qalma ehtimalınızı dəyərləndirməyə kömək edə bilər.

Testdə oturub qalxma hərəkətlərində əldə edilən uğurlar dəyərləndirilir. Göstəriciləri aşağı olanlar, yəni hərəkətləri etməkdə çətinlik çəkənlərdə başqaları ilə müqayisədə 6 il ərzində ölmə riski daha yüksəkdir.

Rio de Janeyrodakı Gama Filho Universitetinin mütəxəssislərinin hazırladığı test SRT adlanır. Testdə olan hərəkətlər əzələlərin gücünü və müvazimətimi dəyərləndirir.

Test sınaq mərhələsində minlərlə insan üzərində təcrübədən keçirilib. ANS PRESS braziliyalı alimlərin təqdim etdiyi testi təqdim edir. Bunun üçün sizə lazım olan rahat geyim və bir necə hərəkətdir.

Əgər sizin onurğa xəstəliyiniz, revmatizm, ürək, təzyiq probleminiz varsa hərəkətləri etməyiniz məsləhət deyil.

…read more

From:: ANS