Bakıda ölüm

BU gecə Bakının Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti, 33 ünvanında qeydə alınıb.

Həmin ünvanda yolu keçən piyada 1966-cı təvəllüdlü Elşən İsmayılov vurulub.

Piyada Fazil Rəsulovun darə etdiyi “Lifan” markalı maşın tərəfindnə vurulub.

Ağır yaralanan Elşən İsmayılov xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının həyatını xilas edə bilməyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS