“Qara qartallar” qələbə qazandı (VİDEO)

Türkiyə kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub.

ANS PRESS-in məlumatına görə, son oyun günündə daha azarkeşlər 3 qarşılaşmanın şahidi olublar.

“Trabzonspor” səfərdə “Keçiörengücü” ilə bacarmayıb. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı bir xalla tərk edib – 1:1.

“Karabükspor” səfərdə “Sivas 4 Eylül” klubuna 1:2 hesabı ilə uduzub.

“Beşiktaş” klubu səfərdə “Sarıyer”ə 4 cavabsız qolla qalib gəlib – 4:0.

4 dekabr / Türkiyə kuboku, qrup mərhələsi, I tur

B qrupu
“Keçiorengücü” – “Trabzonspor” – 1:1
Qollar: Koçal, 82 (1:0), Varis, 90+3 (1:1)

D qrupu
“Sivas 4 sentyabr” – “Karabükspor” – 2:1
Qollar: İnday, 39 (1:0), Mursal, 41 (2:0), Akpala, 65 (2:1)

F qrupu
“Sarıyer” – “Beşiktaş” – 0:4
Qollar: C.Tosun, 4 (0:1), O.Şahan, 10 (0:2), Ramon, 49 (0:3), C.Tosun, 66 (0:4)

…read more

From:: ANS