Məşhur reper toy günü tutuldu

Amerikalı məşhur reper İkszibit toy günü xoşagəlməz halla üzləşib.

ANS PRESS-in məlumatına görə, ABŞ-lı hip-hop ifaçısı İkszibit toy günü polis tərəfindən saxlanılıb. Bu barədə Amerika maqazin portalları yazıb.
Aparıcılıq etdiyi televiziya proqlarımdan biri ilə böyük pərəstişkar toplayan reperin qanuna riayət etmədiyi bildirilir.

Yerli polis açıqlamasında, ABŞ-ın koliforniya ştatında Krista Jyner adlı xanımla evlənən reperin sürət həddini keçdiyi və polisin onu saxlamasından sonra içkili olduğu da müəyyənləşib. Beləliklə, həm sürət həddini keçmək, həm də içkili şəkildə sükan arxasında oturmasına görə polislər onu şöbəyə aparmalı olublar.

İkszibit adı ilə tanınan və əsl adı Elvin Nasanyel Coyner olan 40 yaşlı ifaçı 1 gün polis məntəqəsəində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

…read more

From:: ANS