Bu insan həyatından bezib (FOTO)

Uzun müddət səhhəti ilə əlaqədar problemlər yaşayan məşhur aktyorun yeni görüntüsü pərəstişkarlarını bird aha kədərləndirib.

ANS PRESS-in məlumatına görə, Bodrumda Gümüşlük məhəlləsindəki evində istirahət edən tanınmış aktyor Neşat İşler ötən günlərdə yaxın dostu Fatih Akının “The Cut” (Kəsik) adlı filminin qalasında iştirak edib.

Qalada aktyora qarşı insanların sevgi seli olduğu xüsusilə diqqət çəkib. Gecənin səbəbkarı olan Fatih Akın da yaxın dostu Nejat İşlerə heyranlıq hissi duyduğunu dilə gətirib.

Qaladan sonra Taksimdəki barlardan birinə yollanan aktyor, orada gecə boyu xeyli siqaret çəkib, içki içib. Həkim tövsiyələrinə riayət etməyən İşlerə jurnalistlər bu barədə sual ünvanlayıblar.

O, jurnalistlərin “Siqaret səhhətinizə zərər vermirmi?” sualına, “bax gör, səncə verir?” deyərək onları təəccübləndirib.

Onun bu barədə açıqlamaları sosial şəbəkələrdə də müzakirə edilib. Aktyorların pərəstişkarları onun ağır günlərdən sonra həyatda qalmasına rəğmən, yenə də eyni səhvləri etməsini görüb kədərləndiklərini bildirirlər. Bir çoxları isə artıq onun üçün həyatın mənasızlaşdığını və “gənc yaşda ölüm ki, cəsədim yaraşıqlı olsun” ifadələrini xatırlayaraq, ölümdən qorxmadığını vurğulayıblar.

Qeyd edək ki, ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan N.İşlerin bu müddətdə qan dövranınının pozulması səbəbindən sağ əl barmaqlarında göyərmələr başlamış və onlar amputasiya edilmişdi.

…read more

From:: ANS