Dəmirəl xəstəxanada

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, sabiq prezident xəstəxanaya tənəffüs yolunda infeksiya səbəbindən müalicə almaq üçün yerləşdirilib.

Dəmirəli müalicə edən həkimlərin bildirdiyinə görə, sabiq prezidentin hazırda vəziyyəti normaldır.

“Cənab Dəmirəlin tənəffüs yollarında infeksiya aşkarlanıb. Onu nəzarətdə saxlayırıq. Dəmirəlin vəziyyəti yaxşıdır. Bu mövsumi xəstəlikdir. Onun şəkəri də yüksəkdir. Xəstənaxaya gəlib getməsin deyə onun xəstəxanada yatmasını uyğun gördük. Dünəndən xəstəxanada olan Dəmirəl 1-2 gündə burada qalacaq”. …read more

From:: ANS