8 aylıq hamilə qadın kömək istədi (VİDEO)

Bu gün “Adam içində” verilişində 8 aylıq hamilə qadın kömək istədi.

ANS TV-nin məlumatına görə, verilişin gedişatında məlum oldu ki, qadın hamilə ola-ola “Hepatit B” xəstəliyinə yoluxub. İxtisasça müəllimə olan qadın hazırda işsizdir. Bir yandan da o, əri tərəfindən hədələnir. Əri ona uşaqdan ya imtina etməyi, ya da evə gəlməməyi tələb edir. Amma qadın uşağından imtina etmək istəmir.

Bundan əvvəl bir uşağı dünyasını dəyişən qadının bir övladı var. Həmçinin qadının “Hepatit B” xəstəliyindən müalicə olunmaq üçün vəsaiti yoxdur. Bu səbəbdən əri də bu uşaqdan imtina edir. Əlacı qalmayan qadın indi verilişdə kömək istədi. Həmçinin onun qalmağa evi də yoxdur.

Ardını “Adam içində” verilişindən gözləyin.

…read more

From:: ANS