Köpək balığını “qeysəriyyə əməliyatı” edən adam (VİDEO)

Cənubi Afrika Respublikasında dəniz kənarında kuryoz hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, sakinlərdən biri dəniz sahilində ölmüş köpək balığının balalarını xilas edib. Ailəsi ilə gəzişən kişi ölmüş köpək balığının qarnının tərpəndiyini gördükdə onun hamilə olduğunu başa düşüb. Dərhal bıçaqla akulanın qarnını yaran kişi oradan üç balanı xilas edərək dənizə buraxıb.

Keyptaun çimərliyində baş verən hadisə zamanı dəniz yırtıcısını “qeysəriyə əməliyatı” edən kişi ucadan “bu mənim həyatımda gördüyüm ən çətin iş idi” deyə bildirib. “Əməliyat”in çəkilərək sosial şəbəkədə yayılmasından sonra ona təxminən 260 mindən çox baxış olub.

…read more

From:: ANS