Ağır yol qəzası: ölənlər var

Bu gün axşam saat 21.00 radələrində Bakı-Qazax avtomagistralının 340-cı km-də, Goranboy rayonunun Borsunlu kəndi ərazisində ağır zəncirvari yol-qəza hadisəsi baş verib.

ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, eyni istiqamətdə hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Hundai Santa Fe” markalı nəqliyyat vasitəsi toqquşub.

Nəticədə “VAZ 21011” – də olan, hələlik adları məlum olmayan sürücü və biri azyaşlı olmaqla iki sərnişin hadisə yerində dünyasını dəyişib.

Hadisə baş verən zaman yolun kənarında dayanıb, hadisəyə şahidlik edən 3 avtomobil isə zəncirvari qəzaya səbəb olub.

Nəticədə xəsarət alan olmasa da avtomobillərə xeyli ziyan dəyib.

Faktla bağlı Baş Dövlət Yol polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırmalar aparılır. …read more

From:: ANS