Cəlilabadın dil bilməyən şagirdləri (VİDEO)

Bu gün xarici dillərin öyrənilməsi vacib məsələlərdəndir. Cəlilabad rayonunda apardığmız müşahidələrdən məlum olur ki, şagirdlərin bir çoxu xarici dilə ciddi maraq göstərir. Lakin bu maraq onların xarici dili lazımınca qavramasına imkan vermir. Rayonun 4 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləri arasında görüdüklərimiz heç də ürəkaçan deyil.

Burada müəllim hər vəchlə şagirdlərə ingilis dilində özü haqqında danışmağı təkid edir. Lakin şagirdlər bununu sükutla qarşılayır. Sinifdə 1 nəfərdən savayı heç bir şagird ingilis dilində anlamır. Elə bu səbəbdən müəllim digər siniflərdən daha bilikli şagirdləri sinfə gətirsə də, bu da fayda vermir. Mövcud vəziyyətdən çıxış yolu kimi ingilis dili müəlliməsi şagirdlərin xarci dil səviyyəsinin son dərəcə acınacaqlı olamasına belə bəraət qazandırmağa çalışır.

“İngilis dili”ni tədris edən müəllim sagirdlərin xairci dil vərdişlərinə yiyələnməməsini həftəlik dərs saatlarının azlığı ilə əlaqələndirir. Şagirdlərin xarici dildəki bilik və bacarıqları ilə tanış olmaq üçün növbəti üz tutduq təhsil olcağı Cəlilabad rayon 1 saylı Uzuntəpə kənd orta məktəbinə. Burada da eyni vəziyyət idi.

Cəlilabad məktəblərində prakriki baxımdan şagirdlərin xarici dildəki bilik və bacarıqlarının son dərəcə aşağı olması rayon səviyyəsində xarici dillərin heç də ürəkaçan səviyyədə tədris olunmamasını deməyə əsas verir. Bundan itirən isə yalnız və yalnız gələcəyimizdir.

…read more

From:: ANS