Azərbaycanda bu rayonda evlər su altında qaldı (VİDEO)

Son günlər havaların yağmurlu keçməsi Salyan rayonuna da təsirsiz ötüşməyib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, normadan artıq yağış yağdığından rayonda bir sıra evlər su içində qalıb.

Bu daha çox Salyan şəhərinin Yusif Zeynalov küçəsində özünü göstərib. Belə ki, son bir neçə gündə aramsız yağışların yağması nəticəsində bir sıra fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələri su içində qalıb.

Hətta bəzi yerlərdə həyətyanı sahələrdə qalan yağış sularının səviyyəsi 20-30 santimetrə çatdığından həyətdə belə gəzmək mümkün deyil. Bu da yerli sakinlərin narahatçılığına səbəb olub.

Hazırda sözü gedən küçədə 10-dan çox fərdi yaşayış evi bu vəziyyətdədir. Həmin evin sakinləri isə belə çətin şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Onları daha çox qorxudan evlərinin uçmaq təhlükəsidir.

Bundan başqa, ev sakinləri deyir ki, dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsələr də, heç bir fayda olmayıb. Artıq 10 günə yaxındır ki, bu evlər suya qərq olsa da əlaqədər qurumlar bunu görəməzdən gəlirlər.

…read more

From:: ANS