AFFA-da yeni komitə yaradıldı

AFFA-da daha bir komitə yaradılıb.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, AFFA prezidentinin əmrinə əsasən assosiasiyada Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirakı ilə Klublar Komitəsi yaradılacaq.

Bununla əlaqədar olaraq baş katibliyə tapşırılır:

1. Klublar Komitəsinin Əsasnaməsinin hazırlanması.

2. Klublar Komitəsinin iş prinsipinin müəyyənləşməsi.

3. Klublar Komitəsi Topaz Premyer Liqası klublarının nümayəndələrinin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın. …read more

From:: ANS