Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında görüş barəsində məlumat verib:

“İsveçrənin Bazel şəhərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşəcəklər. Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması ilə bağlı müzakirələr aparacaqlar”, – deyə həmsədr qeyd edib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının İsveçrənin Bazel şəhərində keçirilən 21-ci iclasında iştirak edir. Elmar Məmmədyarovun iclasda çıxışı, bir sıra ikitərəfli görüşləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. …read more

From:: ANS