İlin toyundan yeni fotolar

Dünyanın ən çox sevilən subaylarından biri iki ay subaylıqla vidalaşdı. Bu Hollivudun ən məşhur siması olan Corc Kluni idi. Toydan iki aya yaxın vaxt keçsə də hələ də mərasimlə bağlı səs-küy səngimək bilmir.

Dostları ilə yüksək məbləğdən evlənməyəcəyi ilə mərcə gəlsə də vəkil Amal Alamuddin onun “saqqızını oğurlaya” bildi. 53 yaşlı ulduz həyatını 36 yaşlı vəkillə Romada birləşdirib.

Toyda təhlükəsizlik tədbirləri o qədər yüksək olub ki, mərasim zamanı bir foto belə mediyanın əlinə düşməyib. Mərasimə cütülüyün qonaqları xüsusi qayıqlarla gətirilib. Toydan uzun müddət sonra bəylə gəlinin ancaq bir fotosu jurnallardan birinin üz qabığında görünüb.

Dəvət edilənlər arasında isə Sindi Kroufort, Bono, Mett Deymon, Emili Blant kimi tanınmışlar olub. Qonaqlardan biri də “Vogue” jurnalının redaktoru da olub.

İndi cütlüyün toy mərasimindən əlavə fotolar yayılıb. ANS PRESS İlin ən önəmli toylarından birinin fotolarını təqdim edir:

…read more

From:: ANS