FEMEN yenə soyundu (FOTO)

Yarıçılpaq FEMEN fəalı Strasburq kilsəsində aksiya keçirdi.

ANS PRESS-in məlumatına görə, fəal kilsədə olan qurbangaha çıxaraq Roma Papası Frnasiskin 25 noyabrda səfərinin siyasiləşdirilməsinə qarşı çıxıb.

Çılpaq belində “Papa- siyasətçi deyil”, sinəsində isə “antidünyəvi Avropa” yazılan qız əlində Avropa Birliyinin bayrağını yelləyib.

Bu aksiyanı FEMEN-in ən uğurlu aksiyalarından hesab etmək olar. Bir dəqiqə ərzində etirazını bildirən fəal insanlar arasında gizlənə bilib və polis onu yaxalamağa müvəffəq olmayıb.

Bundan əvvəl Femençilər düz Vatikanda “Müqəddəs Pyotr” kilsəsi qarşısında soyunaraq Papanın Strasburq səfərinə qarşı çıxmışdılar.

…read more

From:: ANS