Münaqişənin həlli yubadılır

“Dağlıq Qarabağ münaqişəsi həlli vacib olan məsələlərdən biridir və nizamlanma prosesinin uzanması bizi də narahat edir.”

ANS PRESS-in APA-ya istinadla verdiyi məlumat görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənnin xarici işlər naziri Didier Burkhalter ATƏT XİN başçıları Şurasının Bazel görüşündən öncə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Bazel görüşü çərçivəsində mən bütün nazirlərlə görüşüb onlarla fikir mübadiləsi aparmağa çalışacam. Münaqişə ilə bağlı fikirlərimi, tövsiyələrimi Azərbaycan və Ermənistan XİN başçılarına bundan əvvəl də bildirmişəm: “Bazel görüşü çərçivəsində mən bütün nazirlərlə görüşüb onlarla fikir mübadiləsi aparmağa çalışacam. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məşğul olmaq üçün zaman məhdudiyyəti olsa da, bu prosesi izləyirik və tərəflərin vəziyyəti yaxşı qiymətləndirməsinə, gərginliyi azaltmaq və nizamlanmaya nail olmaq üçün müsbət addımlar atmasına ümid edirik.” …read more

From:: ANS