Rusiya 100 milyard itirir

Rusiya neftin qiymətinin 30 faiz düşməsindən ildə 100 milyard dollar itirəcək.

ANS PRESS-in BBC-yə istinadla verdiyi xəbərə görə, bunu ölkənin maliyyə naziri Anton Siluanov deyib.

Ümumiyyətlə, OPEK üzvləri neftin qiymətini sabit saxlamaq üçün istehsalı azalda bilərlər. İran, Liviya, Venesuela istehsalı azaltmağa tərəfdardırlar və onlar OPEK üzvlərini neft qiymətlərini dəstəkləməyə çağırırlar. Küveyt isə bildirir ki, istehsalı azaltmaq qərarı ağlabatan deyil.

OPEC-in ən böyük istehsalçısı və ixracatçısı Səudiyyə Ərəbistanı da qarışıq siqnallar göndərir.

Neft ekspertlərinin fikrincə, Səudiyyə Ərəbistanının qərarına Vyanada İranla nüvə proqramı danışıqlarının nə nəticə verməsi təsir göstərir. Ancaq İranla bu danışqlar nəticəsiz başa çatdı və danışqlar gələn ilin yayına kimi uzadılıb.

Rusiyanın enerji naziri Aleksandr Novak deyib ki, Rusiya istehsalı azaltmağa tərəfdardır. Ancaq bu, başqa ölkələrlə razılaşdırılmalıdır. …read more

From:: ANS