“Kitayski” “Range Rover” (FOTO)

Çinlilərdən daha bir oğurluq. Bu dəfə onlar “Range Rover”i təqlid ediblər. ANS PRESS-in məlumatına görə, çinlilər “Range Rover Evoque” modelinin bənzərini yaradıblar. Yeni maşın orjinalının 1/3 qiymətinə satışa çıxarılıb.

İngiltərənin “Jaguar Land Rover” şirkəti indi çinliləri məhkəməyə verməyə hazırlaşır.

Çin istehsalı saxta “Range Rover” Guangzhou vilayətindəki sərgidə nümayiş etdirilib. “LandWind X7” adı ilə tanıdılan maşın “Range Rover Evoque” inanılmaz bənzərliyi ilə seçilir.

Maşının orjinalı 40 min funt sterlinqə (62 min dollar) olsa da, “LandWind X7” sadəcə 14 min funta (22 min dollar) satılır.

Qeyd edək ki, LandWindin “CV9” modeli 2010-cu ildə Avropada təhlükəsizlik sınaqlarından 2 bal ala bilib.

Orjinal maşın

Çin istehsalı
…read more

From:: ANS