“Qarabağ”ın rəqibi qalib gəldi

Fransa Liqa-1-də 16-cı turun növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, turn ikinci oyun günündə 6 qarşılaşma baş tutub.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” səfərdə “Monpelye”nin qonağı olub və “Yaşıllar” görüşdən 2:0 hesabı ilə qalib ayrılıb.
Öz meydanında “Bastiya” klubu “Evyan”a, “Nitsa” isə “Renn”ə 1:2 hesabı ilə uduzub.
“Bordo” klubu isə səfərdə “Mets”lə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.
Günün ən çox qol vurulan qarşılaşması isə “Genqam” – “Kan” oyununda olub. Meydan sahibləri 5:1 hesabı ilə qonaqları yola salıblar.
PSJ səfərdə “Lill”in qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Lion” – “Reyms” matçı ilə yekun vurulacaq.

“Bastiya” – “Evyan” – 1:2
Qollar: Abdallah, 35-avtoqol – Vass, 65, N’Sikulu, 83

“Genqam” – “Kan” – 5:1
Qollar: Mandanne, 4; 62; 78, Qiresse, 20, Biuvue, 60-pen – Yahya, 10

“Mets” – “Bordo” – 0:0

“Monpelye” – “Sent-Etyen” – 0:2
Qollar: Poqba, 22, Baysse, 43

“Nitsa” – “Renn” – 1:2
Qollar: Svitanik, 81 – N’Tep, 12, Konradsen, 49

“Lill” – PSJ – 1:1
Qollar: Rozehnal, 43 – Kavani, 30 …read more

From:: ANS