Qarabağla bağlı mühüm açıqlama

“Moskva Qarabağ münaqişəsinin həllində Qərbin istənilən təşəbbüsünü məhv edəcək.”

Bunu Oksford Universitetinin Beynəlxalq münasibətlər və siyasət kafedrasının professoru, politoloq Nil Makfarleyn Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış son gərginliklə bağlı danışarkən deyib.

O, Ermənistan mətbuatına verdiyi açıqlamada bildirib ki, Minsk qrupunun həmsədrləri vəziyyətin deskalasiyası üçün tərəflərlə danışıqlara başlamalıdır. ATƏT qoşunların təmas xəttində müşahidəçi missiyasını genişləndirməlidir: “Onların qarşısında münaqişəni nizama salmaq, etimad mühiti yaratmaq və gərginliyi yumşaltmaq üçün vasitəçilik missiyası var. İndi tərəflərin güzəştə getməyə hazır olmaması problem yaradır. Danışıqlar aparmaq üçün isə etibar qazanmaq lazımdır.”

Politoloq deyib: “Azərbaycan əmindir ki, Qarabağ onun qanuni ərazisidir, insanlar Qarabağa, yurdlarına qayıtmalıdır və Qarabağda Azərbaycanın Konstitusiyası işləməlidir.

Ermənistan isə düşünür ki, Qarabağda erməni əhalisinin təhlükəsizliyi qorunmayacaq və guya Dağlıq Qarabağ əhalisinin əksəriyyəti öz müqəddəratını təyin etmə hüququna malikdir. Ermənilər Laçın və Kəlbəcər üzərində nəzarət istəyirlər. Təbii ki, bu da çətin məsələdir.

N.Makfarleyn münaqişədə Rusiya-Qərb amilinə də toxunub: “Belə gərgin vəziyyətdə Rusiyanı ittiham etmək çətindir. Əgər ABŞ münaqişənin nizama salması prosesinə təşəbbüs edərsə, ruslar Qərbin istənilən təşəbbüsünü, təklifini bəyənməyəcək, əksinə, məhv edəcəklər.” …read more

From:: ANS