Bakıda mağazanı soyan şəxs kameralara düşdü (VİDEO)

Abşeron rayonu sakini Firdovsi Quliyevə məxsus mağazac qarət olunub. Ailəsini bu mağaza ilə dolandırdığını deyən zərərçəkən, hadisənin səhər saatlarında törədildiyini deyir.

Oğurluğa gələn şəxs və şəxslər əvvəlcə mağazanın əsas qapısını açmağa çalışıblar. Lakin buna nail ola bilməyincə obyekin binanın tinində olan pəncərəsini mişar daşı ilə qırıb içəri daxil olub. Mağazanı qarət edən şəxsin görüntüləri isə anbaan mağazadakı kameranın yaddaşına həkk olub.

Zərərçəkənin iddiasına görə, bu hadisəni törətmək tək adamın işi deyil. Üzünü xüsusi maska ilə gizlədən şəxs çox rahatlıqla obyektdə gəzir və özünü kameradan yayındırmağa çalışır. Amma sonda izi itirmək məqsədilə kamerayada müdaxil etmək cəhd edir.

Mağazanı qarət edən naməlum şəxs və ya şəxslər daha sonra müşahidə kameraların bazasını axtarmağa çalışıblar. Lakin bazanı tapa bilməyən həmin şəxslər onu qırmağa çalışıblar.

15-20 dəqiqə ərzində mağazada var-gəl edən naməlum şəxs obyekt sahibinə məxsus bir xeyli texnika aparmağa müvəffəq olub.

Zərərçəkən Firdovsi Quliyev deyir ki, 17 ədəd notbuk və bir neçə ədəd səs gücləndirici yoxdur, ümumilikdə 7 min manat ziyan vurublar.

Məlum oğurluq faktı ilə bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Obyektə quraşdırılan kamer görüntüləri də istintaqa təhvil verilib. Şöbədən aldığımız məlumat görə, hazırda həmin oğurluq cinayətilə bağlı əməliyyat istintaq qrupu yaradılıb. Odur ki, Firdovsi Quliyev ümidini üzmədən polislərdən gələcək şad xəbəri gözləməlidi.

…read more

From:: ANS