O, Bağdadinin arvadı deyil

İki gün əvvəl İŞİD terror qruplaşması lideri Əl-Bağdadinin oğlu və arvadının Livanda saxlanılması ilə bağlı xəbər yayılmışdı.

ANS PRESS-in məlumatına görə, İraq Daxili İşlər nazirliyi İŞİD terror qruplaşmasının lideri Bağdadinin həyat yoldaşının Livanda tutulduğu xəbərini təkzib edib.

“Ələ keçirilən qadın Bağdadinin yoldaşı deyil, başqa bir terroristin bacısıdır” – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, İŞİD-in lideri Əbu Bəkirin yoldaşının tutulması xəbəri bütün dünyanın diqqət mərkəzində idi. Bu gün isə İraq bu xəbəri təkzib edib. Tutulan qadının isə adının Saca əl-Dulaimi olduğu və İraqda bombalı hücumlar törətməkdə təqsirləndirilən İŞİD-çilərdən birinin bacısı olduğu vurğulanır. Lakin Livan tərəfi saxlanılan qadının əl-Bağdadinin keçmiş həyat yoldaşı olduğunu söyləməkdə təkid edir. …read more

From:: ANS