Səfirimiz İordaniyanın spikeri ilə görüşüb

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun bu ölkənin Nümayəndələr Palatasının sədri Atef Taravnehlə görüşüb. Görüş zamanı parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Səfir dövlətlərin əlaqələrinin möhkəmlənməsində qanunverici orqanların rolunu qeyd edib. S.Ağabəyov 2013-cü ildə İordaniya Senatının Xocalı faciəsi ilə bağlı qəbul etdiyi bəyanatı xatırladıb, Nümayəndələr Palatasının da bu faciəyə ədalətli qiymət verəcəyinə ümid etdiyini bildirib.

A.Taravneh ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsi üçün parlament sədrlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. …read more

From:: ANS