İngiltərədə qol yağışı (VİDEO)

İngiltərə Premyer Liqasında 14-cü turun oyunlarına yekun vurulub.

ANS PRESS-in məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə “Sanderlend”lə qarşılaşan “Mançester Siti” matçı qalib başa vurub. Oyun 1:4 hesabı ilə “şəhərlilər”in xeyrinə başa çatıb.

Lider “Çelsi” doğma meydanda “Tottenhem”ə heç bir şans verməyib – 3:0.

“Everton” – “Hall Siti” matçı bərabərliklə başa çatıb – 1:1.

“Arsenal” isə öz meydanında “Souzhempton”u qəbul edib. 89-cu dəqiqədə Aleksis Sançesin tək qolu “topçular”ı sevindirib – 1:0.

4 dekabr / İngiltərə Premyer Liqa, 14-cü tur:

“Arsenal” – “Sauthempton” -1:0
Qol: Sançez, 89

“Çelsi” – “Tottenhem” -3:0
Qollar: Hazard, 19, Droqba, 22, Remi, 73

“Everton” – “Hall Siti” -1:1
Qollar: Lukaku, 34 (0:1), Aluko, 59 (1:1)

“Sanderlend” – “Mançester Siti” – 1:4
Qollar: Vikham, 19 (1:0), Aquero, 21 (1:1), 73 (1:3), Yovetiç, 39 (1:2), Zabaleta, 55 (1:5)
…read more

From:: ANS