Yeni baş məşqçinin “Qalatasaray”da ilk qələbəsi (FOTO)

“Qalatasaray” yeni məşqçi Həmzə Həmzəoğlunun başçılığı altında Türkiyə Kubokunun qrup mərhələsinin ilk turunda ilk qələbəsini qazanıb.

ANS PRESS-in məlumatına görə, “aslanlar” “Əskişəhərspor”u 4:2 hesabı ilə məğlub edib.

“Qalatasaray”ın qollarına 15-ci və 36 (penalti) dəqiqədə kapitan Səlcuq İnan, 83-cü dəqiqədə portuqaliyalı Bruma və 89-cu dəqiqədə Umud Bulud imza atıb. 8-ci dəqiqədə təyin edilən penaltidən “Qalatasaray”lı Qoran Pandev fərqlənə bilməyib.

57-ci dəqiqədə Melo qırmızı kart alaraq “Qalatasaray”ı azlıqda qoyub .

“Əskişəhərspor”un qollarına 5-ci dəqiqədə Sərdar Özkan və 61-də Erkut Şəntürk imza atab.

…read more

From:: ANS