Ukrayna parlamentinin 23 yaşlı sarışın gözəli (FOTO)

23 yaşlı sarışın gözəl Darya Ledovskix Ali Radanın ən gənc deputatı statusunu qazanıb.

ANS PRESS-in məlumatına görə, Darya Ledovskix Ukrayna baş naziri Arseni Yatsenyukun partiya siyahısında adı 73-cü sıradadır.

İndi ona sadəcə olaraq Ali Radaya gəlmək və andiçmə mərasimində iştirak etmək qalır.

Seçki Komissiyasına təqdim edilmiş sənədlərə əsasən, Darina Ledovski Kiyev İnstitutunun beynəlxalq əlaqələr fakültəsini qurtarıb və hüquq təhsili var.

Darina sosial şəbəkələrdə aktiv fəaliyyəti ilə seçilir. O, müxtəlif ölkələrdə istirahət edərkən çəkdirdiyi selfi şəkilləri yaymağı xoşlayır.

…read more

From:: ANS