Azərbaycanda tanınmış müğənni var-dövlətini necə itirdi? (VİDEO)

Bu gün ANS-in efirində yayımlanan “Adam içində” verilişində kafelərdən birində qabyuyan kimi çalışan müğəninin kim olduğu aydınlaşdı. Onu vurğulayaq ki, sosial şəbəkələrdə vaxtı ilə tanınan müğənninin hansısa kafelərdən birində qabyuyan çalışarkən çəkilən görüntülər yayılmışdı. Həmin qadının bir zaman “Yeddi on yeddi” verilişilə tanınan mügənni Səbirə xanım olduğu üzə çıxdı. Bəs onu müğənniliyi atmağa nə vadar etdi?

Bütün bunlara verilişdə aydınlıq gətirildi. Məlum oldu ki, Səbirə bütün pulunu, evini itirib. Baxmayaraq ki, ona bir sıra təkliflər olub, müğənni öz alın təriylə pul qazanmağa üstünlük verib. O da, qab yumaqla ailəsini dolandırır. Bəs nə səbəbdən o mügənniliklə məşğul olmur? Məlum oldu ki, müğənni səsini itirib.

Bu səbəbdən o bəzi insanlardan inciyib. Veriliş zamanı gənc müğənniyə dəstək olan həmkarları da oldu. Səbirə bütün malını mülkünü nə səbəbdən itirdi? Davamı sabah “Adam içində”.

…read more

From:: ANS