Yağmurlu hava Bakıda tıxac yaratdı (VİDEO)

Bakının Xətai rayonu Babək prospektində ötən gün də uzunmüddətli tıxac yaranıb. Nəqliyyat vasitələrinin düz bir saat yarım hərəkəti iflic olub. Tıxaca səbəb kimi isə havanın yağıntılı keçməsi göstərilib.

Avtomobil sahibləri yer sürüşkən olduğundan nəqliyyat vasitəsini ehtiyatla sürdüklərindən hərəkət demək olar ki, tamamilə dayanıb.

Bir saatdan çox davam edən tıxac Yol Patrul Xidməti əməkdaşlarının müdaxiləsindən sonra açılıb və nəqliyyatın hərəkəti tam bərpa olunub.

…read more

From:: ANS